Yeni ildən metroda gedişhaqqı 1 dolları keçəcək

14 Dekabr 2013 21:21 (UTC+04:00)
Moskva metropolitenində 2014-cü il yanvarın 1-dən 40 rubla (1,21 dollar) qalxacaq.

ANS PRESS Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Moskva merinin müavini Maksim Liksutov bildirib. Hazırda Moskva metrosunda bir gedişin qiyməti 30 rubldur (0,91 dollar).

Artım ictimai nəqliyyatın başqa növlərini də əhatə edəcək. Liksutovun sözlərinə görə, tramvay, avtobus və trolleybuslar da gedişin qiyməti qalxacaq və 35 rubla (1,06 dollar) bərabər olacaq. Hazırda bu nəqliyyat növlərində gedişin qiyməti 25 rubldur (0,76 dollar).


AzNews.az