Nərimanovda ev yandı

14 Dekabr 2013 22:21 (UTC+04:00)
Bakı şəhəri, Nərimanov rayonunda fərdi yaşayış evi yanıb.

AzNews.az - ın FHN-in rəsmi saytına istinadən məlumatına görə, vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı ev yanıb. Yanan evə bitişik ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az