ABŞ-da güclü qar fırtınası təyyarə reyslərini təxirə saldı

14 Dekabr 2013 22:50 (UTC+04:00)
ABŞ-ın şimal-şərqində tüğyan edən güclü qar fırtınası səbəbindən yüzlərlə təyyarə reysi təxirə salınıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, sinoptiklər dekabrın 15-də ölkənin şimal-şərqində və Orta Qərb bölgəsində 35 santimetrədək qar yağacağını proqnozlaşdırırlar. Bu səbəbdən aviaşirkətlər təyyarə reyslərini təxirə salmağa başlayıb. Hazırda minədək təyyarə reysi təxirə salınıb. Təbii fəlakətdən ən çox Nyu-Cersi və İllinoys ştatlarının zərər çəkdiyi bildirilir. Bu ştatlarda, müvafiq olaraq, 350 və 170 təyyarə reysi təxirə salınıb.

Meteoroloqlar hava şəraitin daha da pisləşəcəyini proqnozlaşdırırlar.



AzNews.az