Avropa Ukrayna ilə əməkdaşlığı dayandırdı

15 Dekabr 2013 15:49 (UTC+04:00)
Avropa Birliyi Ukrayna ilə assosiasiya sazişi barədə danışıqları dayandırdı.
Bu barədə AB-nin komissarı Ştefan Füle öz "Tvitter" hesabında məlumat yayıb. Avrokomissarın sözlərinə görə, o, iqtisadi əməkdaşlıq sazışınin imzalanması hazırlıqları ilə bağlı Ukrayna Baş nazirinin müavini Sergey Arbuzovla müzakirələr aparsa da, Ukrayna hökumətindən heç bir cavab almayıb. "Sazişlə bağlı işlər dayandırıldı, çünki cavab yoxdur", - de Ş.Füle qeyd edib. Xatırladaq ki, Ukrayna hakimiyyəti xalqın tələbi ilə Avropa Birliyiin "Şərq Tərəfdaşlığı" assosiativ müqaviləsini imzalayacağını bəyan etmişdi.(axar.az)