Altıqat Olimpiya çempionu avtobusla yarışdı - FOTO - VİDEO
15 Dekabr 2013 19:32 (UTC+04:00)
Altıqat Olimpiya çempionu yamaykali Useyn Bolt avtobusla yarışıb.
"Dünyanın ən sürətli adamı" adlandırılan Bolt avtobusu ötmək üçün çox güc sərf etməyib. Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil edilən yarışda elə ilk metrlərdən yamaykalı idmançı avtobusdan daha sürətli olduğunu nümayiş etdirib.
Bundan sonra o sürətini azaltsa da, avtobusun bir metr önündə finiş xəttini keçib. Useyn Bolt şoudan sonra jurnalistlərin suallarını cavablandırarkən əsas hədəfinin 2016-cı ildə keçiriləcək Olimpiadada 100 və 200 metr məsafələrə qaçışda öz rekordunu yeniləmək olduğunu bildirib.
Useyn Bolt 2008-ci il Pekin və 2012-ci il London Olimpiadalarında 100, 200 metr məsafə və 400 metr estafet yarışının qalibi olub.
AzNews.az