Sumqayıtda mikroavtobus yandı

16 Dekabr 2013 09:30 (UTC+04:00)

Sumqayıt şəhərində vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobusun mühərrik hissəsi yanıb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Elnur
AzNews.az