Sankt-Peterburqda Heydər Əliyevin barelyefi açılıb

16 Dekabr 2013 09:58 (UTC+04:00)
Sankt-Peterburqda Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin barelyefi açılıb.

AzNews.az Azerros-un rəsmi saytına istinadən xəbər verir ki, mərasim Heydər Əliyevin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində təhsil aldığı binanın qarşısında, Qoroxova küçəsi-6 ünvanında keçirilib.

Mərasimdə Azərbaycanın Sankt-Peterburqdakı Konsulluğunun əməkdaşları, Azərbaycan diasporunun təmsilçilər iştirak edib.

Mərasim iştirakçıları Heydər Əliyevin Azərbaycandan kənarda yaşayan soydaşlarımızla bağlı siyasətindən danışaraq, həmvətənlərimizin təşkilatlanmasında onun rolunu xüsusi vurğulayıblar.

Elnur
AzNews.az