“Müsavatın addımlarını anlaya bilmirəm” – Eldəniz Quliyev

16 Dekabr 2013 10:02 (UTC+04:00)



"Müsavat Partiyasının Milli Şura çərçivəsində əməkdaşlığa dair danışıqlar aparması haqda çıxardığı qərarı və bu istiqamətdə atdığı addımların mahiyyətini anlaya bilmirəm".

Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın üzvü "El" hərəkatının Məclisinin sədri Eldəniz Quliyev deyib. O bildirib ki, Milli Şura daxilində danışıqlar aparılıb və daim ortaq məxrəcə gəlinə bilinib: "Məxsusi görüşlər keçirmək və bunu reklam etdirmək isə anlaşılan deyil. Hər halda bu, Müsavatın daxili işidir və özləri bilərlər".

E. Quliyev hələ ki, Müsavat Partiyasından "El" hərəkatına görüşlə bağlı belə təklif irəli sürülmədiyini deyib. O həm də qeyd edib ki, "El" hərəkatının İdarə Heyətinin Milli Şuranın dekabrın 15-də keçirilən mitinqində tam olaraq iştirak edib. O, bununla bağlı ötən gün mətbuatda gedən xəbərin həqiqətə uyğun olmadığını da söyləyib.

Məhəmməd
AzNews.az