Murmanskda güllələnən azərbaycanlı iş adamı vəfat etdi- VİDEO

16 Dekabr 2013 11:20 (UTC+04:00)
Rusiyanın Murmansk vilayətində dekabrın əvvəlində baş verən silahlı insidentdə yaralanan azərbaycanlı iş adamı Həbib Kərimov vəfat edib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhərin mərkəzində baş verən silahlı insidentdə yaralanan azərbaycanlı biznesmen xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Murmansk üzrə nümayəndəsi Afil Hüseynov xəbəri təsdiqləyib.

Qeyd edək ki, azərbaycanlı iş adamının ölümünə səbəb olan hadisə dekabrın 4-də baş verib.

Silahlı insident zamanı 2 nəfər vəfat edib. "Karina" ticarət mərkəsini sahibi olan Həbib Kərimov isə yaralanb.

İstintaqın ilkin versiyasına görə, insident bizneslə bağlı yaranıb. İş adamına hücum edənlər hələlik müəyyənləşdirilməyib.

H.Kərimov reanimasiya şöbəsində qaldığı 11 gün ərzində özünə gəlmədiyindən polis əməkdaşları ondan ifadə ala bilməyiblər.


Elnarə
AzNews.az