“Орел и Pешка” Azərbaycanda- VİDEO

16 Dekabr 2013 15:35 (UTC+04:00)
Məşhur səyahət proqramı olan "Орел и Pешка"nın növbəti buraxılışı Azərbaycana həsr edilib.


Andrey Bednyakov və Nastya Korotkayanın təqdimatında efirə gedən proqramda Azərbaycanın son illərdəki inkişafına diqqət çəkilib. Proqram aparıcıları Alov qülləsi, Kristal saray, Heydər Əliyev Mərkəzi kimi binalara xüsusi yer ayırıblar. Proqramın qaydasına əsasən, aparıcılardan biri səyahətdə olduqları müddətdə 100 dollara, digəri isə qızıl kartın hesabına yaşayıb.

Ukraynanın "İnter", Rusiyanın "Пятница!", Qazaxıstanın "7-ci kanal"ında efirə gedən proqramın aparıcıları paytaxt Bakı ilə bərabər bölgələrdə də olub. Göyçayda Nar bayramında iştirak edən Nastya Korotkaya Şəkiyə də səyahət edib. Proqramın digər iştirakçısı isə Naftalandakı müalicə müəssisəsində olub. Aparıcılar proqramın Azərbaycana həsr edilən 2 il əvvəlki buraxılışından ötən müddət ərzində xüsusilə Bakının yeni tikililər, müasir otellər, istirahət mərkəzləri, yeni yollar hesabına çox dəyişdiyini vurğulayıblar.



Elnur
AzNews.az