Avropa yanır -Video - Foto

13 Avqust 2012 10:24 (UTC+04:00)


Kanar adalarını güclü yanğın öz cənginə alıb. AzNews.az vesti.ru saytına istinadən xəbər verir ki, Kanar adalarında baş verən yanğının şiddətlənməsi səbəbiylə 5000- dən çox sakin evakuasiya olunub.

Artıq 3.5 hektar meşə zolağının alova təslim olduğu bildirilir. Bundan əlavə Yuneskonun qorunanlar siyahısaına daxil edilən Qaraxanay milli parkının da yanğından ciddi zərər gördüyü gələn xəbərlər rasaındadır. Tenerifedə də vəziyyət gərgindir. Artıq hökumət təhlükəsizlik məqsədiylə magistral yoları bağlayıb.

Yanğınla mübarizə işlərinin intensiv aparılmasına baxmayaraq alovun məşhur turizm bölgəsi Dubrovniki də təhlükə altında qoyduğu deyilir. Buna səbəb yüksək hərarət və küləyin olması göstərilir. Qeyd ki, Dubrovnikdə minlərlə turist istirahət edir.

Sadiq

AzNews.az