Leyla Əliyevanın saytı yeniləndi

16 Dekabr 2013 16:17 (UTC+04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın rəsmi saytının yenilənmiş versiyası təqdim edilib.

AzNews.az AzərTac-a istinadən xəbər verir ki, www.leyla-aliyeva.az saytının yeni versiyasında Heydər Əliyev Fondunun vitse-prezidentinin çoxşaxəli fəaliyyətinin bütün istiqamətləri üzrə ətraflı məlumat verilir.

Sayta müraciət edənlər interaktiv xəritə vasitəsilə Leyla Əliyevanın səfərləri barədə məlumat ala bilərlər. İndi saytda Leyla Əliyevanın müxtəlif mətbu orqanlara verdiyi müsahibələr, habelə onun fəaliyyəti barədə materiallar təqdim olunub. Bu bölmədəki materiallar PDF formatında təklif olunur.

Bundan əlavə, saytda Leyla Əliyevanın yaradıcılığı ilə də tanış ola bilərsiniz. "Yaradıcılıq" bölməsində Leyla xanım Əliyevanın şeirləri və rəsm əsərləri yerləşdirilib.

"Fotoqalereya" bölməsində Leyla Əliyevanın şəxsi fotoşəkilləri və portretləri yer alıb.

Videoqalereyada açılmış yeni bölmədə isə Azərbaycan haqqında videoçarxlar yerləşdirilib.

AzNews.az