Heç kim belə kral görməyib - VİDEO

16 Dekabr 2013 16:56 (UTC+04:00)
İordaniya Kralı Abdullah qarlı yolda qalan avtomobilini itələyərkən kameralara düşüb.

AzNews.az xəbər verir ki, İordaniya Kralı Abdullah paytaxt Ammanda normada artıq yağan yağış və qar səbəbindən batan avtomobilini şəxsən itələyərək qurtarmaq məcburiyyətində qalıb. Kralın yoldan keçən vətəndaşlarla birlikdə avtomobilinə çiyin verərək itələdiyi anlar cib telefonunun kamerasına çəkilib.

İçində həyat yoldaşı və uşaqlarının da olduğu Kral Abdullahın avtomobili illərdir ilk dəfə qara təslim olan paytaxt Ammanın bir prospektində qara batdığı görsənir. Yoldan keçən vətəndaşlar Kralın köməyinə qaçır, ancaq kral da avtomobildən enərək, vətəndaşlarla birlikdə avtomobili batdığı yerdən çıxarır.


Elman
AzNews.az