Vergi güzəştlərinin müddəti uzadıldı - QANUN

16 Dekabr 2013 18:04 (UTC+04:00)
Prezident İlham Əliyev "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqda Milli Məclisin qərarını təsdiqləyib.

Dəyişiklikdə deyilir: ""Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №12, maddə 739; 2004, №1, maddə 2; 2008, №12, maddə 1054) 1-ci və 2-ci maddələrində "2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə" sözləri "2014-cü il yanvarın 1-dən başlayaraq 5 il müddətinə" sözləri ilə əvəz edilsin".


AzNews.az