41 yaşlı qadın intihara cəhd etdi - FOTO

16 Dekabr 2013 21:00 (UTC+04:00)
Bakıda 41 yaşlı qadın intihara cəhd edib.

APA-nın məlumatına görə, hadisə "Tağıyev MMC" şirkәtinin ofisindә olub.

1972-ci il təvəllüdlü Tağıyeva Pәrvanә Vaqif qızı intihara cәhddәn öncə mәktub qoyub. Mәktubda o, ailәsinә bunu yazıb: "Mәni bağışlayın, oyuna gәldim".

Qadın iki övladını yaxınlarına әmanәt etdiyini yazıb. Sonra isә ofisin qapısını bağlayaraq, stәkan qırığı ilә qollarını kәsib.

FHN Xüsusi Riskli Xilasetmә Xidmәtinin əmәkdaşları qapını sındıraraq içәri daxil olub. Qadın huşsuz vәziyyәtdә tapılıb. Hadisә yerinә polis әmәkdaşları vә tәcili yardım briqadası çağırılıb.

Qadına ilkin tibbi yardım göstәrilib. Vәziyyәti sabitdir.



AzNews.az