Ermənilərdən İrana “ayı xidməti”- Beynəlxalq qalmaqal

17 Dekabr 2013 08:59 (UTC+04:00)
ABŞ-ın Ticarət Nazirliyi İranın "Mahan Air" şirkətinə sanksiyalardan yayınmaqda kömək edən 19 şəxs və şirkətin siyahısını açıqlayıb.


Siyahıdakı şirkətlərin çoxu Türkiyədə yerləşir. Ancaq onların arasında İran, Yunanıstan, Tayland və Ermənistandan olan şirkətlər də var.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, siyahıda "Vertir Airlines" erməni şirkətinin adı da daxil edilib.

İranın "Mahan Air" aviaşirkəti beynəlxalq auditdən keçən az sayda şirkətlərdən biridir.

Məsələ ilə bağlı erməni tərəfindən açıqlama yayılıb. Açıqlamada bildirilir ki, "Vertir" Ermənistanda qeydiyyatdan keçib, ancaq 2011-ci ildən fəaliyyətini dayandırıb.

Elnarə
AzNews.az