Prezident: “Şahdəniz-2” bölgənin enerji xəritəsini dəyişdirəcək”

17 Dekabr 2013 10:31 (UTC+04:00)



""Şahdəniz-2" layihəsi bölgənin enerji xəritəsini dəyişdirəcək".


Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimində çıxış edərkən deyib.

O bildirib ki, "Şahdəniz-2" çərçivəsində gerçəkləşdiriləcək layihələr Azərbaycan qazının tələbat olan bazarlara çıxarılmasına imkan yaradacaq.

Dövlət başçısı "Şahdəniz-2", TAP və TANAP-ın dünyanın ən iri enerji layihələrindən olduğunu vurğulayıb və qeyd edib ki, bu layihələr çərçivəsində 35 milyard dollar yatırım qoyulması və 30 min yeni iş yerinin açılması gözlənilir.

Azərbaycan xalqını bu tarixi günlə əlaqədar təbrik edən prezidentin sözlərinə görə, enerji siyasəti Azərbaycan iqtisadiyyatının transformasiyası və diversifikasiyasına imkan yaradacaq. İ. Əliyev iqtisadiyyatın qeyri-neft sektorunun da inkişaf etdirdiklərini söyləyib: "Biz "neft lənəti" deyilən haldan qaça bilmişik". (apa)