Hakan Şükür nikah masasında: Ərdoğan və Fətullah Gülənlə birlikdə
17 Dekabr 2013 10:45 (UTC+04:00)
Türkiyənin məşhur futbolçusu Hakan Şükür hakim Ədalət və İnkişaf Partiyasından istefa verdikdən sonra mətbuatda onun 18 il əvvəl çəkilən fotosu yayılıb. Şəkil 1995-ci ildə Hakan Şükürün nikah mərasimində çəkilib.
H.Şükürün nikahını hazırda Türkiyənin baş naziri, o zamanlar isə İstanbul bələdiyyə başqanı olan Rəcəb Tayyib Ərdoğan kəsib. Nikah şahidlərindən biri isə hazırda Amerikada olan və Ərdoğanın israrlarına baxmayaraq Türkiyəyə dönməyən Fətullah Güləndir.
Elnur
AzNews.az