Bəxtiyar Sadıqova ev verildi

17 Dekabr 2013 11:16 (UTC+04:00)
Prezident İlham Əliyev "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova mənzil bağışlayıb. Bu məlumatı Bəxtiyar Sadıqovun özü də təsdiqləyib.

"Cənab prezident ehtiyacı olan hər kəsə yardım əlini uzadır, müalicəyə ehtiyacı olanı müalicəyə göndərir. Bir jurnalistin müraciətini belə, diqqətdən kənarda qoymur. Bu baxımdan mən də müraciət etmək qərarına gəldim. Müraciətimə dərhal reaksiya verildi. Mənə verilən mənzil şəhərin mərkəzində, "Zolotaya sreda" deyilən yerə yaxın binada 3-cü mərtəbədə yerləşir. Otaqlara gəlincə, 160 kvadratdır. Neçə otaq istəsəm, evi bölə bilərəm. Hər ailəyə prezidentin xeyir-duası qismət olmur. Bu da bir səadətdir ki, bizə nəsib oldu. Prezident İlham Əliyevə hədsiz minnətdarıq. İnşallah, həmin evdə oğlumu evləndirib ora yerləşdirəcəm", – deyə Bəxtiyar Sadıqov açıqlamasında bildirib.

Bəxtiyar Sadıqov Azərbaycan jurnalistlərinin ən böyük dostunin İlham Əliyev olduğunu vurğulayıb. "Ölkə KİV-i cənab prezidentimizi ikinci dəfə özlərinə "jurnalistlərin dostu" seçiblər və bu təsadüfi deyil. İlham Əliyev bu şərəfli ada layiqdir". (modern.az)