Hacı İbrahimdən Əli Ağaoğlu açıqlaması

17 Dekabr 2013 12:34 (UTC+04:00)

Türkiyədə məşhur iş adamı Əli Ağaoğlunun adının rüşvət qalmaqalında hallandırılaraq saxlanmasına milyarderin Azərbaycandakı ortağı olduğu bildirilən "Avesta" Konsernindən münasibət açıqlanıb.

Konsernin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Əli Ağaoğlu ilə konsernin rəhbəri və "Xəzər adaları" layihəsinin müəllifi Hacı İbrahim Nehrəmli ortaq deyil:

" Əli Ağaoğlu Hacı İbrahimin dəvəti ilə Azərbaycanda səfərdə olub.
Ancaq indiyə qədər hər hansı ortaq fəaliyyət olmayıb. Səfər zamanı Əli Ağaoğluna "Avesta" Konserninin layihələri barədə ətraflı məlumat verilib. Türkiyəli iş adamı da həmin layihələrlə maraqlanıb və bununla bağlı müzakirələr aparılıb. Ancaq birgə fəaliyyətə dair heç bir qərar qəbul edilməyib".

Elnarə
AzNews.az