Azərbaycan və İtaliyanın xarici işlər nazirləri görüşüb - FOTO
17 Dekabr 2013 18:21 (UTC+04:00)
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olan İtaliyanın xarici işlər naziri Emma Boninonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Emma Bonino Azərbaycana səfərindən məmnun olduğunu bildirib və "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ilə bağlı Azərbaycan tərəfini təbrik edib.
Görüşdə Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycan-Avropa Birliyi münasibətləri, o cümlədən ölkəmizin avro-atlantik strukturlara inteqrasiyası müzakirə olunub.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və regionda təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.
AzNews.az