Azərbaycan prezidenti BP-nin baş icraçı direktorunu qəbul edib

17 Dekabr 2013 18:41 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də bp şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul edib.

Görüşdə Azərbaycan ilə bp arasında uzunmüddətli əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, "Şahdəniz-2" üzrə yekun investisiya qərarının Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi qeyd edilib.
Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


AzNews.az