Türkiyədə helikopter qəzaya uğradı

17 Dekabr 2013 19:14 (UTC+04:00)
Türkiyənin Mardin şəhərinin Ömərli bölgəsində daha bir hərbi helikopter qəzaya uğradı.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bölgədə əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Ölən və yaralananlar barəsində heç bir məlumat verilmir. Mardin valisi Əhməd Çengiz və Ömərli bölgəsinin icra başçısı isə onlara belə bir xəbər daxil olmadığını bildirib: "Bizə belə bir məlumat daxil olmayıb. Araşdırmalarımımz davam edir".

Xatırladaq ki, bu səhər də Ankarada bir hərbi helikopter qəzaya uğrayıb və 4 əsgər həlak olub.


AzNews.az