Daxili qoşunların zabiti öldürüldü

13 Avqust 2012 13:08 (UTC+04:00)


Şimali Osetiyada silahlı insident baş verib. AzNews.az lenta.ru saytına istinadən xəbər verir ki, atışma zamanı daxili qoşunların zabiti qətlə yetirilib, digər zabit isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə məlumatı kütləvi informasiya vasitələrinə Şimali Osetiyanın daxili işlər nazirliyi ötürüb.


Məlumata görə, hadisə bu gün səhər saatlarında, Kantişevo kəndi yaxınlığından keçən magistral yolda törədilib. Silahlı hücum zamanı hüquq şöbəsinin rəhbəri kapitan Anton Xabalov öldürülüb, kadrlar şöbəsinin mayoru Yevqeni Reyner isə ağır yaralanıb.


Hazırda hadisə yerində daxili işlər nazirliyi əməkdaşları araşdırma aparırlar. Verilən ilkin məlumata görə, hərbiçilərə atəş avtomaşından açılıb. İnsidentlə bağlı artıq cinayət işinin açıldığı bildirilir.


Sadiq

AzNews.az