Boks üzrə dünya çempionu prezidenti rinqə çağırdı
17 Dekabr 2013 21:16 (UTC+04:00)
Ukraynada boks üzrə dünya çempionu, müxalifətin liderlərindən biri Vitali Kliçko prezident Viktor Yanukoviçi rinqə çağırıb. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, çempion prezidenti şəxsi rəqibi adlandırıb. "Vəziyyətdən çıxış yolu seçkilərdir. Yanukoviç dəyirmi masada bu seçkidən qorxmadığını bildirirdi" deyə Kliçko vurğulayıb.
Qeyd edəık ki, bir neçə gün əvvəl Kliçko boks üzrə dünya çempionu adından imtina edib. O, siyasətlə məşğul olmaq üçün idmandan getdiyini açıqlayıb.
Elnarə
AzNews.az