Rza Zərrab İrana milyardlarla dollar “çirkli pul” göndərib- Araşdırma

18 Dekabr 2013 09:08 (UTC+04:00)
Türkiyədə dünən azərbaycanlı iş damı Rza Zərrabın da aralarında olduğu bir qrup şəxsin həbsinin səbəbləri ilə bağlı məlumatlar artıq dəqiqləşir.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Böyük rüşvət" adı ilə keçirilən əməliyyatda İran izi ortaya çıxıb.

Məlumata görə, Rza Zərrabın adı hələ 2008-ci ildə maliyyə cinayətlərini araşdırılması burosu tərəfindən hazırlanan "çirkli pul" hesabatında yer alıb.

R.Zərrab siyasi əlaqələrini genişləndirib İrana mənbəyi məlum olmayan külli miqdarda pul transfer edərək qızıl gətirməyə başlayıb. 2012 –ci ildən etibarən bununla bağlı istintaq başladılıb. 3 nazirin oğlu da daxil olmaqla ümumilikdə 32 nəfər izlənilib.

İrana göndərilən 10 milyard dollara yaxın pulun 3-4 faizi adıçəkilən şəxslərə rüşvət kimi verildiyi iddia edilib.

Zərrabın rəbərlik etdiyi cinayətkar dəstənini 2 üsulla pulu İrana transfer etdiyinə dair sənədlər ortaya çıxıb. Birinci üsul kuryerlərdən istifadə olub. Pul kisələrlə daşınıb.

2011-ci ildə Rusiya üzərindən 150 milyon dolları bu vasitə ilə İrana aparmaq istəyən kuryerlər saxlanlıb. Bundan sonra R.Zərrab bu üsuldan istifadəni dayandırıb və bank vasitəsilə transferdən istifadə edilib. Bunun üçün bzi siyasətçilərin də köməyindən istifadə edən R.Zərrab "Halk Bank"ı seçib.

Zərrab 2 il davam edən pul transferləri üçün həmin siyasətçilərə rüşvət verib. Hətta siyasətçilərdən birinə 103 milyon lirə, "Halk Bank"ın bankın hazırda göz altında saxlanan müdürü Aslana isə 16 milyon lirə ödəyib. İrana qarşı snaksiyaların qüvvədə olduğu bir müddətdə ABŞ-ın qara siyahısına düşmək istəməyən R.Zərrabın "Halk Bank"ı seçməsi də təsadüfi olmayıb. Çünki bu bank Amerikada heç bir şübhə çəkməyib.

Məlumatlara görə bir siyasətçiyə 20 milyon lirə rüşvət verilib. Başqa bir siyasətçi isə Rza Zərrabın işlərini yoluna qoymaq üçün 3 milyon lirə rüşvət alıb.

Bu məsələləri həll etmək üçün R.Zərrab, "Halk bank"ın müdiri Aslan, nazir oğulları, eləcə də bəzi siyasətçilər lüks otellərdən birində görüşüb. Bundan başqa R.Zərrab tikmək istədiyi otel üçün "Halk bank"dan 42 milyon lirə kredit almaq istəyib. Bunun üçün Aslana 500 min dollar rüşvət verib.

Araşdıranın pik nöqtəsi isə yanvarın 1-də Atatürk Hava Limanında ULS Hava Yollarına aid təyyarədə 1.5 ton qızılın aşkarlanması olub. Qanadakı "Omanye Gold Mining" şirkətinə aid qızılın heç bir sənədi olmasa da 18 gün sonra yük Dubaya göndərilib. Daha sonra isə məlum olub ki, bunun üçün R.Zərrab ona kömək edən siyasətçilərə 1,5 milyon dollar rüşvət verib.

Xatırladaq ki, AzNews.az bundan əvvəl dəfələrlə R.Zərrabın sanksiyalara məruz qalan İrana çirkli pullar göndərməsi ilə bağlı məlumat yayıb.

Elnarə
AzNews.az