Türkiyədə yüksəkvəzifəli polis məmurları işdən çıxardıldı

18 Dekabr 2013 10:31 (UTC+04:00)
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkədəki həbslərlə əlaqədar rüşvət qalmaqalını araşdıran yüksəkvəzifəli polis məmurları işdən çıxardılıb.

Yerli mətbuatın verdiyi xəbərə görə, hələlik 4 məmur vəzifəsindən azad edilib. Onlar İstanbul Polis İdarəsinin maliyyə şöbəsinin müdiri, qaçaqçılıq və kontrabanda ilə mübarizə şöbəsinin müdiri, terrorla mübarizə şöbəsinin müdiri və asayiş şöbə müdirləridir.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

AzNews.az