Hacıqabulla - “Haqq-hesab” - FOTO

18 Dekabr 2013 10:43 (UTC+04:00)
AzNews.az-ın "Haqq-hesab" layihəsində bu dəfə Hacıqabul rayonu qonaq olacaq.

Rayonda son illərdə abadlıq və yenidənqurma işləri Prezident İlham Əliyevin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamları əsasında həyata keçirilib.

Ölkə başçısının sərəncamları ilə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, həmçinin Hacıqabul-Paşalı-Tağılı avtomobil yolunun tikintisi məqsədilə vəsait ayrılıb.

Böyük İpək yolu üzərində yerləşən Hacıqabul rayonu inzibati baxımdan 24.04.1990-cı ildə yaradılıb.

Ərazisi 1,63 min kv.km-dir. Rayonda 1 şəhər, 5 qəsəbə, 25 kənd yaşayış məntəqəsi var. Mərkəzi Hacıqabul şəhəridir. Rayon Bakı şəhərindən 113 km məsafədə yerləşir. Hacıqabul rayonunda 18 inzibati ərazi dairəsi, 15 bələdiyyə fəaliyyət göstərir.

2013-cü ilin əvvəlinə olan məlumata görə, Hacıqabul rayonunun ümumi əhalisi 69158 nəfərdir. Ərazidə orta əhali sıxlığı hər 1 kv.km-ə 41 nəfərdir. Əhalinin 51,3% şəhər yerlərində, 48,7%-i kənd yerlərində yaşayır.

Hacıqabul rayonunun İcra Hakimiyyətinə Əhməd Muxtarov başçılıq edir.

AzNews.az