Şirvanda avtoqəza: ölən var

18 Dekabr 2013 11:39 (UTC+04:00)
Şirvanda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 17-si saat 18 radələrində Şirvan şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Fazilə Cəfərova vurulub. Piyada hadisə yerində ölüb.

Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

AzNews.az