Nazpəri Dostəliyeva məhkəmədə uduzdu – Qərar

18 Dekabr 2013 12:17 (UTC+04:00)
Bu gün Yasamal Rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə xalq artisti Nazpəri Dostəliyevanın iddia ərizəsi əsasında məhkəmə prosesi baş tutub.

Bu barədə AzNews.az –a İlhamə Quliyevanın vəkili Ceyhun Cəfərov məlumat verib. Qeyd edək ki, Nazpəri Dostəliyeva iddia edirdi ki, İ. Quliyeva ATV kanalında yayımlanan "Ümid var" verilişində guya onun şərəf və ləyaqətinə xələl gətirəcək ifadələrdən istifadə edib, şər, böhtan danışıb.
Nazpəri Dostəliyeva iddiasının sübuta yetirildiyi təqdirdə İlhamə xanım Quliyevadan 200 min manat pul təzminatının tələb olunmasını istəyirdi.

Vəkil bildirib ki, bugünki məhkəmə prosesi zamanı sübuta yetirilib ki, İlhamə Quliyeva Nazpəri Dostəliyevanın ünvanına heç bir böhtan, şər xarakterli, şərəf və ləyaqəti alçaldacaq ifadələr söyləməyib.

Bahar Rüstəmli
AzNews.az