Oda Teatrından yeni tamaşa – “Arzular bağı”

18 Dekabr 2013 12:40 (UTC+04:00)

"Oda Teatrı ətrafında baş verən problemlər aradan qalxdığı üçün teatr yeni tamaşa ilə tamaşaçıların görüşünə gələcək".


Bu barədə AzNews.az-a teatrın rəhbəri Elmin Bədəlov məlumat verib. Onun sözlərinə görə, ikinci qayıdışda teatr "Arzular bağı" adlı yeni tamaşanı nümayiş etdirəcək:

"Azərbaycanda ilk dəfə səhnələşdirilən eyniadlı tamaşanın müəllifi Pərviz Bəşərdüstdür. Tamaşa professional rejissor və aktyorlar tərəfindən hazırlanıb".

Belə ki, tamaşanın rejissoru İmam Gassan, bəstəkarı Ayaz Qəmbərlidir. Tamaşadakı rolları əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarov ifa edəcək. Biletin qiyməti 5 manatdır.

Bahar
AzNews.az