Sürücü yolu keçən qadını vurub qaçdı -Fotolar

13 Avqust 2012 15:15 (UTC+04:00)

Bir neçə dəqiqə əvvəl Ayna Sultanova heykəlinin yaxınlığında ağır yol qəza hadisəsi baş verib. Orta yaşlı qadın markası və şəxsiyyəti hələlik məlum olmayan avtomobil tərəfindən vurulub.

Şahidlərin AzNews.az-ın hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, qadın zərbədən yerindəcə keçinib. Əməkdaşımız bu şəkilləri çəkməyə müvəffəq olub.

Qeyd edək ki, hadisə yerində polis əməkdaşları olsa da onlar əlavə məlumat verməkdən imtina ediblər.

Sadiq
AzNews.az

Foto Mahir Hüseynbəylinindir