“Həbs olunan gömrük rəisi qardaşım deyil” – Keçmiş prokuror

18 Dekabr 2013 15:58 (UTC+04:00)
Türkiyədə həbs olunan Naxçıvan Muxtar Respublikasının Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun keçmiş prokuror Mirələkbər Seyidovun qardaşı olması haqda Azərbaycan mətbuatında bir sıra məlumatlar yer alıb.

Bununla bağlı AzNews.az-a açıqlama verən Mirələkbər Seyidov bu xəbərin onda təəccüb yaratdığını söyləyib.

Sabiq prokuror bildirib ki, Naxçıvan Muxtar Respublikasının Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovla hər hansı qohumluq əlaqəsi yoxdur:

"Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi mənim qardaşım deyil. Soyadımızın eyni olması mümkündür. Amma o başqa Seyidovlardandır. Onunla heç bir əlaqəmiz yoxdur".

AzNews.az