Prokurorluqdan Anar Niftəliyevin müraciətinə- REAKSİYA

18 Dekabr 2013 16:09 (UTC+04:00)
"Jurnalist Anar Niftəliyevin mediada dərc olunan açıq məktubu Baş prokuror cənab Zakir Qaralova məruzə olunub. Məlumat verildiyi kimi Elnarə Tofiqqızının ölümü ilə bağlı başlanmış cinayət işinin istintaqı Baş prokuror tərəfindən nəzarətə götürülməklə istintaqın tam, hərtərəfli və obyektiv aparılması üçün müvafiq tapşırıqlar verilib".

Bu sözləri "Axar.az"a açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Xatırladaq ki, bu gün jurnalist A.Niftəliyev Baş prokuror Zakir Qaralova açıq məktub ünvanlamışdı. Məktubda həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işi və tibbi komisyon ekspertiza rəyindən narazılıq və baş prokurordan cinayətkarların cəzalandırılması üçün diqqət xahiş edilirdi.

AzNews.az