İşdən çıxarılan polis rəislərinin sayı 46-ya çatıb - YENİLƏNİB

19 Dekabr 2013 00:05 (UTC+04:00)
Türkiyədə polis rəislərinin işdən çıxarılması ilə bağlı ölkənin informasiya vasitələri yeni məlumat yayıb.
Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, daha 20 əyalətin polis rəisi dəyişdirilib. Bundan başqa daha 17 polis rəisi işdən çıxarılıb. Bununla da ötən iki gündə vəzifəsini itirən asayiş keşikçiləri başçılarının sayı 46-ya çatıb.
***
21.49
Türkiyədə korrupsiya və rüşvətlə bağlı əməliyyatdan sonra polislərin də vəzifədən azad edilməsi prosesi başlayıb.

Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, Ankaradan 18, İstanbuldan isə 11 polis rəisi işdən çıxarılıb.

Mənbə bildirib ki, Bursa, Kayseri, Trabzon, Kocaeli başda olmaqla ilkin mərhələdə 20 əyalətin əmniyyət məsulları dəyişdirilib.Bu bölgələrdə qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə bölümlərinin müdirlərin dəyişdirildiyi haqda xəbər yayılıb.


AzNews.az