İbrahim Nəbioğlu: “Bütün bu işlərin altında çox ciddi bir təhlükə var” - VIDEO

18 Dekabr 2013 22:56 (UTC+04:00)
Kimdir Fətullah Gülən? Bir din adamı olan Fətullah Gülən Hazırda Amerika Birləşmiş Ştatlarında mühacir həyatı yaşayır. Böyük nüfuza sahib olduğu bildirilən Fətulla Gülən hətta Türkiyədə istənilən siyasi prosseslərə təsir etmək iqtidarındadır. Məhz buna görə, hazırkı Ədalət və İnkişaf Partiyası onunla ehtiyyatlı davranırdı. Amma bəzən bu heç də belə olmurdu. Məsələn, bir neçə il əvvəl Türkiyədə aparılan "Balyoz əməliyyatında məhz Ərdoğan hakimiyyətində Fətullah Gülənə bağlı olan hakimlər generalları həbs eləmişdi. Hansı ki, indi həmin hakimi bu gün üzübağlı bu istintaqdan kənarlaşdırıldı. Qalmaqalın əsas hissəsi isə odur ki, polis Ərdoğanın ən güclü fiquru olan daxili işlər naziri Müəmmar Gülərin oğlunu şübhəli kimi saxladı. Bütövlükdə, 52 nəfərin saxlanıldığı bu hadisə ilə bağlı şərhçi jurnalist İbrahim Nəbioğlu danışıb.

"Dünəndən bu günə Türkiyə son dövrün ən çılğın bir gününü yaşayır. Çünki görünməmiş bir hadisədir. 52 nəfər və bu 52 nəfərin içində sadəcə 3 nazirin oğlu və hətta bir nazirin də adı var ki, bir az əvvəl hökumət sözçüsü, baş nazirin müavini söylədi ki, 4 nazirin adı bu işin içindən keçir. Amma burda müxtəlif iddialar var. Lakin bu iddialara Bülent Arınç belə bir açıqlıq gətirdi ki, bu istintaqın 3 ayağı var. Həm pulların İrana keçirilməsi, həm inşaat sektorunda torpaq savaşları və bələdiyyə ilə müxtəlif iş adamları arasında müxtəlif sövdələşmələr, rüşvət, rüşvət kasetlərinin əldə olunması, müxtəlif şantajlar. İlkin bunu demək olarki bütün bu işlərin altında çox ciddi bir təhlükə var",- deyə İbrahim Nəbioğlu vurğulayıb.





AzNews.az