“San-Remo” festivalının iştirakçıları “Crystal Hall”da

18 Dekabr 2013 23:23 (UTC+04:00)
18 dekabrda Heydər Əliyev fondunun təşkilatçılığı ilə Bakıda "Crystal Hall"da "San-Remo" festivalının iştirakçıları - Toto Kutunyo, Albano, Rikardo Foli, Umberto Totsi, Toni Espozito, Pupo, Matia Bazar, Fiordaliso, İvana Spanya, "Riki e poveri" konsert proqramı ilə çıxış ediblər.

Konsert iştirakçısının ANS PRESS-ə verdiyi məlumata görə, məşhur italiyalı müğənni Toto Kutunyo konsertində Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i oxuyub.

Konsertdə aparıcılığı Tural Əsədov və Bakının vurğunu Ornello Mutinin idarə edəcəyi deyilirdi.


AzNews.az