Türkiyə əməliyyatlarında Fətullah Gülən barmağı - VİDEO

18 Dekabr 2013 23:57 (UTC+04:00)
Türkiyə eləcə də dünya mətbuatının gündəmini zəbt edən rüşvət əməliyyatında xeyli sayda azərbaycanlının da adı hallanır.

Əməliyyat zamanı həbs edilən milliyyətcə azərbaycanlı olan iranlı iş adamı Rza Zərrab çirkli pulların yuyulması, qızıl qaçaqmalçılığı, Türkiyədə vətəndaşlıq almaq istəyən şəxslər üçün saxta sənədlər hazırlamaq kimi ağır cinayətlərdə ittiham edilir. Türkiyə mətbuatının məlumatına görə, Rza Zərrab İrandan 87 milyard avro məbləğində vəsaitin Türkiyə transferində vasitəçi olub. Eyni zamanda əməliyyat zamanı Türkiyədən xaricə çıxarılan 20 tondan artıq qızıl aşkarlanıb. Əməliyyat zamanı həbs edilən 3 nazir oğlu da rüşvət yolu ilə iş adamları tərəfindən ələ alınmaqda günahlandırılır.

Nazir övladlarının rüşvətdə ittiham olunaraq qəfil həbsi Ərdoğan hökumətinin nüfuzuna ciddi zərbə hesab edilir. Mətbuat və müşahidəçilər isə əməliyyatın arxasında məhz Nurçu Təriqtinin rəhbəri hazırda Amerikada yaşayan Fətullah Gülənin durduğunu hesab edirlər.

Müşahidəçilərin fikrincə hazırda ölkənin təhlükəsizlik, polis və məhkəmə sistemləri məhz Fətullah Gülənin nəzarətindədir. Və əməliyyat da onun göstərişi ilə həyata keçirilib. Elə bu səbəbdəndir ki, hökumət geniş miqyaslı əməliyyatdan yalnız bir neçə dəqiqə əvvəl və təsadüfən xəbər tuta bilib. Hökumətə yaxın mənbələrin verdiyi məlumata görə, əməliyyata göstərişi də idarə rəisləri yox, onların tabeçiliyində olan şəxslər verib. Buna görə də hökumət əməliyyatdan xəbər tutmadıqları üçün mütəşəkkil cinayətkarlarlıqla mübarizə və maliyyə cinayətləri şöbələrinin müdirləri də daxil olmaqla 5 şöbə rəisini işdən azad edib.

Hadisə ilə bağlı hələki heç bir rəsmi açıqlama verilməsə də, səhər saatlarında hökumətin təcili iclası keçirilib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Jurnalistlərin Karrupsiya əməliyyatı ilə bağlı suallarını şəhr etməyib. O istintaqın getdiyi bir vaxtda bu barədə söz deməyin doğru olmadığını bildirib.





AzNews.az