ABŞ Dövlət Departamentindən Türkiyədəki həbslərə münasibət

19 Dekabr 2013 08:15 (UTC+04:00)
ABŞ Dövlət Departamenti Türkiyədəki həbslərə münasibət bildirib.

Dövlət departamentinin nümayəndəsi Mari Harf İstanbuldakı prosesləri diqqətlə izlədiklərini, şəffaf və ədalətli qərarların veriləcəyinə inandıqlarını bildirib.

"Şübhəsiz ki, bu məsələ ilə bağlı yaxından maraqlanırıq. Türkiyənin məhkəmə-hüquq sistemindən şəffaflıq və ədalət prinsiplərinə əsaslanan yüksək standartları gözləyirik", - deyə o vurğulayıb.(apa)