Zaqatalada mebel salonunda yanğın

19 Dekabr 2013 08:44 (UTC+04:00)
Zaqatala şəhərində yanğın hadisəsi olub.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 4000 kv.m olan mebel salonunun dəmir konstruksiyalardan ibarət dam örtüyünün taxta tirləri 200 kv.m sahədə yanıb.

Salonun qalan hissəsi yanğından mühafizə olunub.

AzNews.az