Aksiyaçılar yeni ili Meydanda qarşılayacaq

19 Dekabr 2013 09:31 (UTC+04:00)

Ukraynanın "УДАР" Partiyasının lideri Vitali Kliçko "Avromeydan"da keçirilən aksiyada çıxış edərək qələbəyə qədər meydanda qalmağa çağırıb.

O, hökumətin istefasına nail olmaq üçün etiraz aksiyalarını Müstəqillik Meydanında da davam etdirməyə səsləyib: "Çətin olacaq, ancaq aksiyaçılar Yeni ili meydanqa qarşılayacaq.

Biz burda yeni il agacı bəzəyəcəyik. Biz ölkədə yeni parlament, yeni hökumət və yeni prezidentin olmasına nail olacağıq".

Qeyd edək ki, 1 aydan çoxdur ki, Müstəqillik Meydanında Ukraynanın Avropaya inteqrasiyasının tərəfdarları aksiya keçirir.

Elnarə
AzNews.az