“21 Azər” Almaniyada anılacaq

19 Dekabr 2013 10:00 (UTC+04:00)

Dekabrın 20 də Almaniyanın Hannover şəhərində Güney Azərbaycan Liberal Demokrat partiyasının təşəbbüsü ilə "21 Azər" hərəkatının anım mərasimi və seminar olacaq.

Tədbirdə Güney Azərbaycan və Türkiyənin diaspora təşkilatları ilə yanaşı Almaniya bundestaqının FLP-dən olan üzvləri Dr. Hocker, Dr, Isa Huelsz , CDU dan Etibar Qəniyev, habelə Burgvede şəhərinin rəhbərliyinin iştirakı olacaq.

Azərbaycanı bu tədbirdə Ümid Partiyasının sədr müavini Rüfət Muradlı təmsil edəcək.

Yola düşməzdən əvvəl Rüfət Muradlı AzNews.az-a deyib ki, "21 Azər"-in önəmini nəzərə alaraq bu yöndə ölkə xaricində də fəaliyyətlərin aparılması təqdir olunmalıdır.

Konfransda Güneyli soydaşlarımla bərabər alman siyasilərə 1945-46 -cı illərdə mövcud olan Milli hökumətin demokratik mahiyyətini çatdırmaq əsas missiyamızdır.

Elman
AzNews.az