Sərxoş kişi 4 yaşlı qızı döyüb öldürdü
19 Dekabr 2013 11:50 (UTC+04:00)
Rusiya Federasiyasının Pskov Vilayətində 4 yaşlı uşağı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıb.
AzNews.az Interfaks-a istinadən məlumat verir ki, dekabrın 18-də, axşam saatlarında Rusiya Daxili İşlər Nazirliyinin regional İdarəsinin mətbuat xidmətinə məlumat daxil olub.
Məlumatda bildirilib ki, Kunya qəsəbəsi Bazar küçəsində evlərin birindən kişi uşağa təqib edir və döyür. Qonşuların çağırışı ilə hadisə yerinə gələn polislər və həkimlər, 4 yaşındakı döyülən uşağı xilas edə bilməyiblər. O ölüb. Onu döyən 1973-ci il təvəllüdlü şəxs sərxoş vəziyyətdə saxlanılıb. Faktla bağlı araşdırma aparılır, bütün hadisənin səbəbləri araşdırılır.
Elman
AzNews.az