Nazirin oğlu ilə rüşvət söhbəti- SƏNƏDLƏR YAYILDI

19 Dekabr 2013 12:35 (UTC+04:00)
Türkiyənin daxili işlər naziri Müəmmar Gülərin oğlunun rüşvət alma ittihamı ilə saxlanmasından sonra nazirin da adı bu qalmaqalda hallandırılıb. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirin oğluyla telefon danışıqlarında Rza Zərrabın da adı çəkilib.

Mətbuat orqanlarında danışıqlarla bağlı sənədlər yayımlanıb. Həmin sənədlərdən məlum olur ki, nazir M.Gülər oğlu ilə Rza Zərrab arasınakı rüşvət məsələsindən xəbərdardır.

Qeyd edək ki, Türkiyə mətbuatı övladları rüşvət qalmaqalına görə saxlanan nazirlərin istefaya getdikləri barədə baş nazirə müraciət etdiklərinə dair məlumat da yayıb.

Elnarə
AzNews.az