Prezidentdən “İsgəndər” kompleksləri ilə bağlı açıqlama

19 Dekabr 2013 12:36 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında bır çox suallarla yanaşı, "İsgəndər" komplekslərinin Kalininqradda yerləşdirilməsinə də münasibət bildirib. Prezident "Biz dəfələrlə vurğulamışıq ki, ABŞ-ın Avropada yerləşdirdiyi Raket Əleyhinə Müdafiə Sistemləri bizim nüvə potensialımıza təhlükədir və biz buna rekasiya verməli idik.

Reaksiya variantlarından biri də Kalininqradda "İsgəndər" raketlərinin yerləşdirilməsidir. Ancaq biz hələlik bu qərarı qəbul etməmişik. Bu hələlik tək müdafiə üsulu deyil. "İsgəndər" mümkün cavabın elemetlərindən biridir" deyə bildirib.

Elnarə
AzNews.az