Deputatlar Türkiyəyə getdi

19 Dekabr 2013 14:22 (UTC+04:00)
Milli Məclisin deputatları Azər Badamov və Tahir Rzayev Türk Dünyası Bələdiyyələr Birliyinin 10 illik yubileyi ilə əlaqədar keçirilərək tədbirdə iştirak etmək üçün Ankarada səfərdədirlər.

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, toplantında birliyin on il ərzində həyata keçirdiyi işlər, gələcək planlar barədə məlumat veriləcək, bələdiyyələrin fəaliyyəti, türkdilli dövlətlərin yerli özünüidarəetmə orqanları arasında əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin təşkili ilə bağlı fikir mübadiləsi aparılacaq. Səfər dekabrın 20-də başa çatacaq.