Zəlimxan Yaqub: “Bu bəladan qurtulacağam“

19 Dekabr 2013 16:22 (UTC+04:00)
"Bakıdayam, ev şəraitində müalicə olunuram. Üç aydan sonra yoxlanmaq üçün yenidən Almaniyaya gedəcəyəm".

Bunu Modern. az-a açıqlamasında uzun müddətdir ki, böyrəklərindən əziyyət çəkən xalq şairi Zəlimxan Yaqub bildirib. Səhhəti barədə danışan şair yenidən müayinəyə gedəcəyini bildirib: "Deyirlər ki, nəticə yaxşı olacaq. Əminəm ki, bu bəladan qurtulacağam".