İstanbula yeni polis rəisi təyin olundu

19 Dekabr 2013 18:27 (UTC+04:00)
Vəzifəsindən azad edilən İstanbulun polis rəisi Hüseyn Çapkının yerinə təyinat olub. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbulun yeni polis rəisi vəzifəsinə Aksaray valisi işləyən Selami Altınok gətirilib.
Məlumat üçün bildirək ki, bu vəzifəyə əvvəlcə İzmir Əmniyyət müdiri Əli Bilkayın adı hallandırılırdı.


AzNews.az