5 general azadlığa buraxıldı

19 Dekabr 2013 19:26 (UTC+04:00)
28 Fevralda Türkiyədə həbs olunan keçmiş Baş qərargah müavini General Çevik Bir, təqaüdçü General Çətin Doğan, General-leytenant İdris Koralp, Baş qərargah baş katibi Erol Özkasnak, təqaüdçü general Kənan Dəniz məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Məhkəmə sədri Təyyar Köksal 5 məhbusa söz verib. Məhbuslar azadlığa buraxılmalarını tələb edərək heç bir siyasi günahlarının olmadığını bildiriblər.

Məhkəmə məhbus şübhəlilər General Çevik Bir , General Çətin Doğan , general Erol Özkasnak , general Kenan Deniz və Tuğgeneral İdris Koralpın məhkəmə nəzarətində qalmaq şərtiylə azad edilməsinə qərar verib. Beləliklə 28 Fevral davasında həbsdə olan generalların hamısı azadlığa çıxıb. (Axar.az)