Yanukoviç: “Reytinqim aşağı olsa namizədliyimi verməyəcəyəm”

19 Dekabr 2013 20:05 (UTC+04:00)
"Əgər növbəti seçkilərdə reytinqim çox aşağı olsa, o zaman namizədliyimi verməyəcəyəm".

"Axar.az" məlumat verir ki, bu açıqlama ilə Ukrayna prezidenti Viktor Yanukoviç çıxış edib.

O, növbəti dəfə ona şans veriləcəyi təqdirdə yeni qərar qəbul edəcəyini söyləyib: "Əgər reytinqim və gələcəyim olmasa, mən ölkənin inkişafına mane olmayacam".


AzNews.az